, 18 Yanvar, 2026
Tarix: 18 Jan 2026 14:50
Ötən gecə Şimali Osetiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
APA xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo məlumat verib.
Beslan şəhərində vurulan dronlardan birinin qalıqları beşmərtəbəli yaşayış binasının damına düşüb. Nəticədə ikisi uşaq olmaqla, üç nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur. Binadan 70 nəfər təxliyə edilib, tikilinin damına və pəncərələrinə ziyan dəyib.
PUA hücumu ilə əlaqədar səhər saat 05:30 radələrindən Vladikavkaz, eləcə də Qroznı və Maqas hava limanlarında təyyarələrin qəbulu və göndərilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Artıq hava limanlarında məhdudiyyət aradan qaldırılıb.
Rusiya Müdafiə Nazirliyi Şimali Osetiya üzərində 7 PUA-nın vurulduğunu açıqlayıb.
Şimali Osetiya PUA