İsrailin Dəməşqə zərbələri zamanı "İslami cihad"ın lideri xəsarət almayıb

Tarix: 20 Jan 2024 13:15

Fələstinin "İslami cihad" radikal qruplaşmasının lideri Ziyad Nahhale İsrail hərbi hava qüvvələrinin Dəməşqə hücumu zamanı xəsarət almayıb.

APA xəbər verir ki, bu barədə Sham FM radiostansiyası təşkilatın Suriyadakı nümayəndəsinə istinadən məlumat yayıb.

“Mezze məhəlləsində raket hücumu ilə vurulan ev “İslami cihad”ın qərargahı deyil. Liderimiz orada olmayıb və hücum zamanı xəsarət almayıb”, - o qeyd edib.

Bundan əvvəl İsrail təyyarələri Dəməşqin qərbində yerləşən 4 mərtəbəli malikanəyə raket zərbələri endirib, nəticədə bina tamamilə dağılıb. Məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Xəbər Lenti