Tramp Hindistanı Qəzza üzrə “Sülh Şurası”na dəvət edib

Tarix: 18 Jan 2026 21:37

ABŞ Prezidenti Donald Tramp Hindistanı Qəzza sektorunun idarə olunması üçün yaradılan “Sülh Şurası”nın tərkibinə dəvət edib. APA xəbər verir ki, bu barədə mənbələrə istinadən ANI agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, Tramp Hindistanın sözügedən şuraya qoşulmasını təklif edib.

Qeyd olunur ki, bu təkliflə bağlı hələlik Hindistanın paytaxtından rəsmi açıqlama verilməyib.

Xəbər Lenti