SDQ/PKK atəşkəs çağırışına əməl etməyərək Əl-Şəddadi şəhərini nəzarətə götürüb

Tarix: 19 Jan 2026 00:43

Suriya Demokratik Qüvvələrinin rəhbəri Mazlum Abdinin elan etdiyi atəşkəs çağırışına baxmayaraq, SDQ/PKK silahlı qruplaşması bu çağırışa əməl etmir.

APA "Clash Report"a istinadən xəvbər verir ki, qruplaşma əks-hücuma keçərək Suriyanın şimal-şərqində yerləşən Əl-Şəddadi şəhərini nəzarətə götürüb.

Qeyd olunur ki, baş verən toqquşmalar nəticəsində mülki əhali arasında ölənlərin sayı 300 nəfəri ötüb.

Xəbər Lenti