Slovakiya Baş naziri Ukraynanın NATO-ya üzvlüyünə mane olacaq

Tarix: 20 Jan 2024 17:56

Slovakiya Baş naziri Robert Fiko Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını bildirib.

APA xəbər verir ki, o, bu barədə RTVS telekanalında bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynanın alyansa daxil olması Üçüncü Dünya müharibəsinin başlaması deməkdir.

Qeyd edək ki, yanvarın 24-də onun ukraynalı həmkarı Denis Şmıqalla görüşü baş tutacaq. Fiko görüşün “maraqlı” keçəcəyini vurğulayıb.

Xəbər Lenti