Ermənistanda mikroavtobusun iştirakı ilə qəza olub, 14 nəfər xəsarət alıb

Tarix: 20 Jan 2024 21:10

Ermənistanda 14 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Hadisə Araqatsotn bölgəsində baş verib.

İrəvan-Gümrü yolunda “Opel Astra” və “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Zərbənin təsirindən mikroavtobus beton divara çırpılıb.

Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 14 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər Lenti