Ukrayna 2025-ci ildə Rusiya HHM sistemlərinə 4 milyard dollar zərər vurub

Tarix: 19 Jan 2026 14:45

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi əməliyyat qüvvələri olan “Alfa” Mərkəzi 2025-ci il ərzində Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə 4 milyard dollar məbləğində zərər vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, xüsusi təyinatlılar ötən il ərzində həm ön xətt və həm də arxa cəbhədə yerləşən və içərisində S-300, S-350 və S-400 kompleksləri, "Buk", "Tor" raket sistemləri, "Pantsir" zenit raket-artileriya kompleksləri olan radar və HHM sistemlərini sıradan çıxarıb.

İlqar Xudiyev Ukrayna Təhlükəsizlik Xidməti Rusiya HHMS 4 milyard ziyan

Xəbər Lenti