Dmitriyev Davosda Uitkoff və Kuşnerlə Ukrayna üzrə sülh planını müzakirə edəcək

Tarix: 19 Jan 2026 15:33

Rusiyanın Prezidentinin xüsusi nümayəndəsi Krill Dmitriyev Davosda keçiriləcək Dünya İqtisadi Forumunda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşəcək.

APA xəbər verir ki, bu barədə “Axios" məlumat yayıb.

Məlumata görə, görüş yanvarın 20-də baş tutacaq. Tərəflərin ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək keçiriləcək. 2022-ci ildən bəri tədbirə Rusiyanın rəsmi şəxsləri və biznes nümayəndələri dəvət olunmur.

İlqar Xudiyev Kirill Dmitriyev Stiv Uitkoff Kuşner Rusiya-ABŞ danışıqları Davos Forumu

Xəbər Lenti