Pekin Trampı Qrenlandiya ilə bağlı “Çin təhlükəsi”ni bəhanə etməməyə çağırıb

Tarix: 19 Jan 2026 15:25

Pekin ABŞ Prezidenti Donald Trampı Qrenlandiya məsələsində uydurma “Çin təhlükəsi”ni şəxsi maraqlar üçün bəhanə kimi istifadə etməməyə çağırıb.

APA xəbər verib ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun deyib.

Onun sözlərinə görə, Tramp ABŞ-ın maraqları harada ortaya çıxsa, orada Rusiya və Çin tərəfindən guya təhlükə gördüyünü iddia edir.

“Biz Qrenlandiya məsələsi ilə bağlı mövqeyimizi dəfələrlə açıqlamışıq. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq hüquq mövcud beynəlxalq nizamın təməlidir və qorunmalıdır. ABŞ tərəfini uydurma “Çin təhlükəsi”ni şəxsi mənfəət əldə etmək üçün bəhanə kimi istifadə etməyi dayandırmağa çağırırıq”, – Qo Tszyakun bildirib.

Xatırladaq ki, Donald Tramp Qrenlandiyanı Rusiya və Çindən yalnız ABŞ-ın müdafiə edə biləcəyini bəyan edir.

İlqar Xudiyev ÇİN XİN Tramp "Çin təhlükəsi" Qrenlandiya

Xəbər Lenti