Ermənistanda qondarma "soyqırımı" muzey-institutunun sabiq direktorunun mənzilində axtarış aparılır

Tarix: 19 Jan 2026 17:26

Ermənistanda qondarma "soyqırımı" muzey-institutunun sabiq direktoru, tarix elmləri doktoru Ayk Demoyanın mənzilində axtarış aparılır.

APA “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Demoyan özü sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, axtarış onun iştirakı olmadan həyata keçirilir.

Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, axtarış muzeydən itmiş 19 dəyərli kitabla bağlı cinayət işi çərçivəsində aparılır.

Demoyanın muzeydən itmiş 19 dəyərli kitabla bağlı müsahibəsində qeyd etdiyi mümkün məsul şəxslərin içərisində xarici işlər naziri Ararat Mirzoyanın və “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyanın adları olub.

Məlumata görə, 2025-ci ilin noyabr ayında xarici işlər naziri Ararat Mirzoyan Demoyana qarşı itmiş kitablar işi ilə bağlı açıqlamaları səbəbindən məhkəməyə müraciət edib.

İlqar Xudiyev Ermənistan kitab muzey

Xəbər Lenti