ABŞ növbəti dəfə altıncı nəsil bombardmançı təyyarəsini havaya qaldırıb

Tarix: 21 Jan 2024 04:53

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Enn Stefanek altıncı nəsil B-21 Raider strateji gizli bombardmançısının ikinci sınaq uçuşunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə "Air & Space Forces Magazine" yazıb.

Bildirilib ki, "Mən təsdiq edə bilərəm ki, B-21 yanvarın 17-də havaya qalxıb", - deyə Stefanek vurğulayıb.

Təhlükəsizliyə görə ABŞ Ordusu sınaq proqramı ilə bağlı başqa heç bir məlumat verməyib.

Xəbər Lenti