Ankarada mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb

Tarix: 21 Jan 2024 08:15

Ankaranın Altındağ rayonunda minik avtomobili ilə mikroavtobus toqquşub.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Minik avtomobili ilə toqquşan mikroavtobus zərbənin təsirindən aşıb.

Hadisədə mikroavtobusun sürücüsü, doqquz sərnişin və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Xəbər Lenti