Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 20:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraanı atəşkəs münasibətilə təbrik etdiyini bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, o, Suriya ordusunun həyata keçirdiyi əməliyyatların uğurla təşkil olunduğunu xüsusi vurğulayıb.
“Suriya ordusunun əməliyyat müddətində mülki əhalinin zərər görməməsi üçün bir cərrah dəqiqliyi ilə hərəkət etməsi təqdirəlayiqdir. Suriyanın şimalını işğal altında saxlayan silahlı qrupların təxribatlarına baxmayaraq, komandanlıq zənciri çərçivəsində hərəkət edən Suriya ordusu uğurlu bir sınaqdan keçmiş, haqlı olduğu halda haqsız duruma düşə biləcək addımlardan böyük diqqətlə çəkinmişdir”, – Ərdoğan qeyd edib.
Dəryanur Cəfərova