Bolqarıstan prezidenti istefa verdiyini açıqlayıb

Tarix: 19 Jan 2026 21:35

Bolqarıstan prezidenti Rumen Radev istefa verdiyini açıqlayıb.

APA “Reuters”-ə istinadən xəbər verir ki, o bu barədə bazar ertəsi günü etdiyi çıxışı zamanı danışıb.

"Sabah səhər istefamı təqdim edəcəyəm. Əminəm ki, vitse-prezident İliana Yotova prezident kimi mənim üçün layiqli əvəzedici olacaq", - Radev bildirib.

Qeyd edək ki, bu açıqlama, ötən ay əvvəlki hökumət istefa verdikdən sonra onun öz siyasi partiyasını quracağı ilə bağlı geniş yayılmış ehtimalları daha da gücləndirib.

Xəbər Lenti