Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 19 Jan 2026 22:05
Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başlayıb.
APA xəbər verir ki, bu barədə xarici işlər naziri Mixail Popşoi Moldova Radiosuna açıqlaması zamanı danışıb.
O bildirib ki, bu, birliyə qoşulmaqla bağlı əsas sazişlərin ləğvindən sonra baş verəcək.
Baxmayaraq ki, faktiki olaraq ölkənin təşkilatda iştirakı daha əvvəl dayandırılmışdı, Moldova hüquqi baxımdan da MDB-nin üzvü olmaqdan çıxacaq.