Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 19 Jan 2026 23:48
Fransada baş nazir Sebastyan Lekornyu 2026-cı il büdcə qanununu parlamentdən keçmədən qəbul edərsə, Fransa Milli Assambleyasındakı (parlamentin aşağı palatası) müxalifət partiyaları hökumətə qarşı etimadsızlıqla bağlı qətnamə layihəsi təqdim edəcək.
APA xəbər verir ki, bu barədə Milli Birlik partiyasının rəhbəri Marin Le Pen “X” hesabında məlumat verib.
"Milli Birlik fraksiyasının etimadsızlıq təklifi təqdim edəcəyi aydındır", - o yazıb.