Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 01:26
Polşa Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə daxil olmasının və yaxınlığında park edilməsinin qadağan edilməsi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, Polşa Ordusunun Baş Qərargah rəisi Vieslav Kukula bununla bağlı əmr hazırlayır.
Müdafiə Nazirliyi əlavə edib ki, rəsmi mobil telefonları bu cür nəqliyyat vasitələrindəki cihazlara qoşmağı da qadağan etmək planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun da Çin avtomobillərinin hərbi obyektlərə daxil olmasını qadağan etməyi planlaşdırdığı bildirilir.