Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 13-ə çatıb

Tarix: 21 Jan 2024 13:19

Donetskin Tekstilşçik mikrorayonunda bazarın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Donetsk separatçılarının Denis Puşilin Telegram kanalında bildirib.

"Donetsk Tekstilşik mikrorayonunda bazarın atəşə tutulması nəticəsində ilkin məlumatlara görə, azı 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bazar ən çox izdihamlı olduğu bazar günü hücuma məruz qalıb", - Puşilin yazıb.

Xəbər Lenti