Starmer Trampı Qrenlandiyanı ilhaq etmək fikrindən döndərmək istəyir

Tarix: 20 Jan 2026 05:00

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampı Qrenlandiyanı ilhaq etməməyə razı salmaq üçün NATO müttəfiqləri ilə birlikdə Avropanın Arktikanı qoruya biləcəyinə inandırmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “The i Paper” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Kir Starmer, ABŞ prezidentini Avropanın Arktikanı qoruya biləcəyinə inandırmaq planı üzərində NATO müttəfiqləri ilə birlikdə işləyərək Donald Trampı Qrenlandiyanı ilhaq etməməyə inandırmaq niyyətindədir", - məlumatda deyilir.

Xəbər Lenti