Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 21 Jan 2024 15:15
Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik haqqında qanun layihəsini “vacib, ağlabatan və ədalətli” adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu fikri Britaniyanın “Channel 4” telekanalına müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, səfərbərlik “ədalət məsələsidir”, çünki ordunun üzvləri dəyişdirilməlidir. “Əgər kifayət qədər təlim keçmiş, peşəkar insanlar yoxdursa, o zaman biz onlara alət verməliyik ki, cəmiyyətin bir hissəsini səfərbər edə bilsinlər və hazırlaya bilsinlər”, - prezident izah edib.
Zelenski əlavə edib ki, səfərbərliyə çağırılan vətəndaş hara göndəriləcəyini və nə qədər hazırlanacağını bilməlidir.