Moskvada restoran və barlar kütləvi şəkildə bağlanır

Tarix: 20 Jan 2026 10:08

Moskva pandemiyadan bəri ən böyük restoran və bar bağlanma dalğası ilə üzləşib.

APA xəbər verir ki, təkcə bu ilin yanvar ayında paytaxtda "Dorogaya, Ya Ya Rezvyomu", Smoke BBQ, The Toy, Mimi, Beerside və "Valenok" da daxil olmaqla 45 məşhur müəssisə bağlanıb.

Mütəxəssislər hesablayırlar ki, 2026-cı ilə qədər ən azı 465 müəssisə bağlana bilər. Bu tendensiya 2025-ci ilin sonlarından bəri nəzərə çarpır: şəbəkələr fəaliyyətlərini azaltmağa başlayıblar - Şokoladnitsa təxminən 20 məkanı, Rostiks 25 restoranı və Yakitoriya 8 restoranı bağlayıb.

Əsas səbəb istehlakçı tələbatının azalmasıdır.

Moskva

Xəbər Lenti