Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 21 Jan 2024 18:14
Xəbər verdiyimiz kimi, bu gün Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, A. Yevsyukov Volqodonskda 1999-cu ildə “Maşenka”, “Avanqard”, “Anna” və bir neçə bazar açıb.
Xatırladaq ki, Əfqanıstan dağlarında qəzaya uğrayan Falcon 10 təyyarəsi Taylandın Pattaya şəhərindən Moskvaya şəxsi tibbi reysə gedirmiş. Təyyarənin qəzaya uğramasının səbəbinin texniki nasazlıq olduğu bildirilir. Göyərtədə altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin.

