Lavrov: Qlobal səhnədə oyun “kim güclüdür, o da haqlıdır” prinsipi ilə gedir

Tarix: 20 Jan 2026 12:28

Qlobal səhnədə əvvəlki qaydalar faktiki olaraq ləğv edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qlobal səhnədə oyun "kim güclüdür, o da haqlıdır" prinsipi ilə gedir. Lavrov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq davranış qaydalarını müstəqil şəkildə yazmaq siyasəti Avropa üçün ciddi bir şok olub. Rusiya XİN başçısı 2026-cı ilin ilk həftələrinin "təəssürat yaratmaq üçün bütün rekordları qıracağını" qeyd edib. O, ABŞ-ın Venesuelaya hücumunu ən əhəmiyyətli hadisələrdən biri kimi qeyd edərək, bunu "kobud silahlı işğal" adlandırıb.

Fərid Əkbərov ABŞ Prezidenti Donald Tramp Lavrov Venesuela

Xəbər Lenti