Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 16:04
ABŞ Prezidenti Donald Trampla görüş yalnız sənədlər hazır olduqda baş tutacaq.
APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, ABŞ-la istənilən görüş praktiki nəticələrlə - Ukraynanın təhlükəsizlik və energetika sahəsində gücləndirilməsi ilə bağlı qərarlarla və ya müharibənin başa çatması istiqamətində addımlarla başa çatmalıdır.
“Buna görə danışıqlar yalnız müvafiq sənədlər hazır olduqda mümkündür”, - Ukrayna lideri qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp