Kallas: Aİ İrana qarşı yeni ixrac və texnoloji sanksiyalar hazırlayır

Tarix: 20 Jan 2026 20:42

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketi hazırlayır. APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində İrandakı vəziyyətlə bağlı Strasburqda keçirilən dinləmələrdə çıxışı zamanı bildirib. Bu paketə Tehrana pilotsuz uçuş aparatları və raketlərin istehsalında istifadə olunan komponentlərin ixracına məhdudiyyətlər də daxildir.

Kallasın sözlərinə görə, yeni sanksiyalar İranda etirazların sərt şəkildə yatırılmasına cavab olaraq təklif olunur. O qeyd edib ki, Aİ həmçinin raket və pilotsuz aparatların istehsalında istifadə edilən komponentlərə dair əlavə ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

“Biz etirazların amansız şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar təklif edirik. Eyni zamanda raketlər və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan komponentlərə dair yeni ixrac məhdudiyyətləri də gündəmdədir”, – deyə Kallas vurğulayıb.

Xəbər Lenti