Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 20:18
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi təhdidlərdən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub. APA xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentindəki siyasi qrupların əksəriyyəti 2025-ci ildə Aİ ilə ABŞ arasında imzalanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyib.