Hakan Fidan ABŞ-də səfərdədir

Tarix: 22 Jan 2024 03:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Xəbər Lenti