Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 22 Jan 2024 04:31
Qəzza zolağında saxlanılan israilli girovların qohumları bazar günü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdəki evinin qarşısında çadırlar qurub, Fələstinin radikal HƏMAS hərəkatı ilə məhbusların azad edilməsi ilə bağlı dərhal razılığa gəlməyi tələb ediblər.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat verib.
Etirazçılar “baş nazir girovların qaytarılması ilə bağlı razılığa gələnə qədər” çadırlarında qalmaq niyyətindədirlər.