Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub - FOTO

Tarix: 20 Jan 2026 23:32

20 Yanvar Faciəsinin ildönümü ilə əlaqədar Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Azərbaycan xalqının müstəqillik, suverenlik və milli azadlıq uğrunda apardığı mübarizənin tarixində silinməz iz qoymuş 20 Yanvar Faciəsinin ildönümündə, Ankara Keçiören Bələdiyyəsi tərəfindən Azərbaycanla həmrəylik və başsağlığı əlaməti olaraq Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib”, – deyə səfirliyin paylaşımında qeyd olunub.

Dəryanur Cəfərova

Xəbər Lenti