Starmer Aİ-ni Arktikanın müdafiəsinə töhfə verməyə hazır olduğuna əmin edib

Tarix: 21 Jan 2026 00:34

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Şurasının sədri Antoniu Koştaya Londonun NATO ilə birgə Arktikanın təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının ofisi Starmerlə Koşta arasında baş tutan telefon danışığının yekunlarına dair yaydığı kommünikedə qeyd olunub.

Məlumatda bildirilir ki, Starmer Böyük Britaniyanın NATO ilə əməkdaşlıq çərçivəsində Arktikada təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Tərəflər, həmçinin, mövcud qeyri-sabit şəraitdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsinin prinsipial əhəmiyyət daşıdığı barədə razılığa gəliblər.

Starmer Qrenlandiyanın gələcəyinin yalnız Qrenlandiya xalqına və Danimarka Krallığına məxsus olduğu mövqeyini də bir daha vurğulayıb.

Xəbər Lenti