Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 00:19
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ Ali Məhkəməsi onun Qrenlandiya ilə bağlı tətbiq etdiyi rüsumlara qarşı çıxarsa, bu məsələ üzrə digər mexanizmləri nəzərdən keçirə bilər.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim alternativ variantlarımız var, lakin hazırda etdiyimiz addım ən yaxşı, ən etibarlı, ən sürətli və ən sadə mexanizmdir”, – deyə o əlavə edib.
Tramp həmçinin bildirib ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qrenlandiya ilə bağlı çoxsaylı görüşləri planlaşdırılıb.
Amerika lideri, həmçinin Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə keçirilməsi təklif olunan görüşə qatılmayacağını bildirib.