Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 20 Jan 2026 23:47
Danimarkanın "AkademikerPension" pensiya fondu Qrenlandiya ətrafında yaranmış münaqişə fonunda ABŞ dövlət istiqrazlarından imtina etmək qərarı verib. APA xəbər verir ki, bu barədə "DPA" fonda istinadən məlumat yayıb.
Məlumata görə, "AkademikerPension"un portfelində təxminən 100 milyon dollar dəyərində ABŞ istiqrazları var. Eyni zamanda qeyd olunur ki, satış qərarının əsas səbəbi ABŞ administrasiyasındakı gərgin maliyyə vəziyyətidir və Qrenlandiya ətrafındakı münaqişə ilə istiqrazlardan imtina arasında birbaşa əlaqə olmadığı vurğulanır.