Tramp Ukraynadakı münaqişənin nizamlanmasına çalışdığını bəyan edib

Tarix: 21 Jan 2026 04:24

ABŞ Prezidenti Donald Trump Ukraynadakı münaqişənin nizamlanmasına çalışdığını bir daha bəyan edib.

APA xəbər verir ki, o, Ağ Evdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı indiyədək “səkkiz müharibəni dayandıra bildiyini” iddia edib. Tramp bunu “asan olduğu üçün” etdiyini söyləyib.

“Bunu Nobel mükafatı üçün etməmişəm, çoxlu insanların həyatını xilas etmək üçün etmişəm”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, hazırda “sonuncu münaqişənin” nizamlanması üzərində çalışır və bununla Ukraynadakı münaqişəni nəzərdə tutduğunu dəqiqləşdirib.

Xəbər Lenti