Donald Trampm təyyarəni dəyişdirərək, Sürixə yola düşüb - YENİLƏNİB

Tarix: 21 Jan 2026 09:24

ABŞ Prezidenti Donald Trampın təyyarəsı texniki nasazlıq səbəbindən geri qayıtdıqdan sonra Sürixə yola düşüb.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, prezidentin təyyarəsi Vaşinqton yaxınlığında yerləşən "Andrews Air Force Base"ə endikdən sonra uçuş başqa, daha kiçik ölçülü təyyarədə davam etdirilib. Təyyarədə elektrik avadanlıqlarında nasazlıq aşkarlandığı üçün geri qayıtmaq barədə qərar verilib.

Donald Tramp Sürixdə keçirilən Dünya İqtisadi Forumun illik toplantısında iştirak edəcək.

***09:24

ABŞ prezidenti Donald Trampın təyyarəsi İsveçrəyə uçuşunu yarımçıq dayandıraraq geri qayıtmağa məcbur olub.

APA xəbər verir ki bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, buna səbəb kiçik "elektrik nasazlığı” olub.

Gülcahan Məmmədova Tramp ABŞ təyyarə Davos nasazlıq

Xəbər Lenti