Beş ay əvvəl itkin düşən rusiyalı üzgüçünün meyiti İstanbul boğazında tapılıb

Tarix: 21 Jan 2026 11:59

İstanbul boğazında tapılan meyitin rusiyalı üzgüçüyə aid olduğu müəyyən edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, ilkin tibbi-ekspertiza rəyinə əsasən, İstanbul boğazında tapılan meyit ötən ilin avqust ayında itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikova aiddir.

Qeyd edək ki, İstanbul boğazında ötən ilin avqust ayında 81 ölkədən 2 min 820 idmançının iştirakı ilə keçirilən yarışda iştirak edən rusiyalı üzgüçü Nikolay Andreyeviç Sveçnikovun sudan çıxa bilmədiyi məlum olmuşdu. Hadisədən sonra genişmiqyaslı axtarışlara başlanılmışdı.

Dəryanur Cəfərova İstanbul boğaz üzgüçü meyit

Xəbər Lenti