Cümə axşamı, 26 Mart, 2026
Tarix: 22 Jan 2024 19:49
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Nazirlər Kabinetinin APA-ya bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.
Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.