Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 23 Jan 2024 11:14
Səhər saatlarında Ukraynaya raket hücumları nəticəsində 5 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
40 nəfərin xəsarət aldığı qeyd edilib.
***
10:43
Kiyevdə partlayışlar nəticəsində şəhərin iki rayonunda 9 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.
O, xəsarət alanlardan 8-nin xəstəxanaya yerləşdirildiyini vurğulayıb.
***
09:39
Kiyevdə ard-arda partlayışlar olub, hava hücumundan müdafiə sistemi işə düşüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası bildirib.
"Kiyevdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalın", - administrasiyanın Telegram kanalında deyilir.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edildiyi vurğulanıb.