Rusiyada üçuşaqlı ataların orduya çağırılmaması təklif edilib

Tarix: 23 Jan 2024 14:45

Moskva və bütün Rusiyanın Patriarxı Kirill üçuşaqlı ataların səfərbər edilməsinə qanunvericiliklə qadağa qoyulmasına çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Patriarx bunun Rusiyada doğum səviyyəsini stimullaşdıracağına kömək edəcəyini söyləyib.

"Xalqı xilas etmək və Rusiyada doğum səviyyəsini stimullaşdırmaq üçün mən federal səviyyədə üç və ya daha çox uşağı olan ataların dinc vaxtda səfərbər edilməsinin qanunvericiliklə qadağan edilməsini vacib hesab edirəm. Bu, xüsusilə indi aktualdır", - deyə Patriarx Kirill Federasiya Şurasında Milad parlamenti görüşlərində bildirib.

Xəbər Lenti