Çərşənbə axşamı, 4 Avqust, 2026
Tarix: 24 Jan 2024 04:57
Yanvarın 23-də Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Lavrov və Quterreş əl sıxaraq BMT-nin mənzil-qərargahında yerləşən qəbul otağına yollanıblar. Danışıqlar bağlı qapılar arxasında aparılacaq.
Mənbə: apa.az