Ermənistan hökuməti Aİ missiyasının statusu haqda sazişin ratifikasiyasına baxacaq

Tarix: 24 Jan 2024 12:55

Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsinə baxacaq.

APA erməni Telegram kanallarına istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb.

Xəbər Lenti