Dumanın komitə sədri: Təyyarənin vurulmasından sonra, 80 ukraynalı hərbi əsirin olduğu digər təyyarə geri dönüb

Dumanın komitə sədri: Təyyarənin vurulmasından sonra, 80 ukraynalı hərbi əsirin olduğu digər təyyarə geri dönüb

Tarix: 24 Jan 2024 14:05

Belqorodda Rusiya hərbi nəqliyyat təyyarəsi raketlə vurulduğu məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının hərbi komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu İl-76 üç Patriot və ya İris-T raketləri ilə vurulub.

O da bildirilib ki, bu gün göyərtəsində 80 ukraynalı hərbi əsirin olduğu başqa bir İl-76 təyyarəsi də həmin istiqamətdə uçub, lakin məlum insidentdən sonra, həmin təyyarə geri qaytarılıb.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə məlum insidentlə bağlı Rusiyanın ABŞ və Almaniyaya müraciət hazırladığını söyləyib.

Mənbə: apa.az

Xəbər Lenti