İsrailin XİN başçısı: Azərbaycana investisiya yatırmaq istəyirik

Tarix: 26 Jan 2026 13:16

"Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.

APA xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.

Firuzə Vahid Azərbaycan İsrail Ceyhun Bayramov XİN Gideon Saar SOCAR

Xəbər Lenti