Gürcü vitse-spiker: Trampın səyləri Azərbaycanla Ermənistan arasında bütün əməkdaşlıq formatlarının bərpasına yönəlib

Tarix: 26 Jan 2026 14:05

ABŞ prezidentinin səyləri Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi və əməkdaşlığın bütün formatlarının bərpasına yönəldilib. Ehtimal ki, onlar bu ideyanı həyata keçirmək üçün səylərini əsirgəməyəcəklər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.

Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Devid Vensin Azərbaycan və Ermənistana səfərinin konkret məqsədi var.

“Bölgəmizdə sülhün bərqərar olması tarixi andır. Biz Azərbaycanla Ermənistan arasındakı dostluq münasibətlərini alqışlayırıq”, - vitse-spiker əlavə edib.

Cəmilə Babayeva Gürcüstan Tramp Azərbaycan Ermənistan

Xəbər Lenti