Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi Bəhreynə təhvil verib

Tarix: 26 Jan 2026 15:04

Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri çıxışında bildirib ki, 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürüb:

"Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın Asiya Parlament Assambleyasına mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir".

Sahibə Qafarova vurğulayıb ki, cari ildə Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyi rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.

Firuzə Vahid Milli Məclis Sahibə Qafarova Asiya Parlament Assambleyası

Xəbər Lenti