Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 16:20
“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:
Elektron Rəqabət İnformasiya Sisteminin (bundan sonra – ERİS) aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməli.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Elektron Rəqabət İnformasiya Sistemi Fərman ERİS