Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 25 Jan 2024 02:55
Kanadanın şimal-qərbində təyyarə qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə "CBS News" məlumat verib.
"Rio Tinto" şirkətinə məxsus Dayavik almaz mədəninin işçilərini aparan təyyarədə altı nəfər həlak olub.
Qeyd olunur ki, təyyarə Fort Smit şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəzadan bir nəfər sağ qalıb.