Azərbaycan xarici işlər naziri Çinə rəsmi səfərə yola düşüb - YENİLƏNİB

Tarix: 27 Jan 2026 12:32

27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.


XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

***

12:22

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə bu gün Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Çin xarici işlər nazirinin dəvəti ilə Ceyhun Bayramov 28-29 yanvar tarixlərində Pekində rəsmi səfərdə olacaq.

Ceyhun Bayramov Çin Pekin

Xəbər Lenti