Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 26 Jan 2024 06:32
Avropa Xalq Partiyası (EPP) Ursula fon der Lyayenin Avropa Komissiyasının (AK) sədri vəzifəsinə namizədliyini dəstəkləməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Brüsselin Euractiv portalı məlumat yayıb.
Portalın məlumatına görə, fon der Lyayen yenidən Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd olmaq niyyətini hələ ki, açıqlamayıb. Onun namizədliyini fevralın 19-da Berlində keçiriləcək Xristian Demokrat İttifaqının (CDU) konqresində elan edəcəyi gözlənilir.
Lyayen 2 iyul 2019-cu ildə Avropa Komissiyasının sədri vəzifəsinə namizəd kimi seçilib və bu vəzifəni tutan ilk qadın olub.