Cümə, 30 Yanvar, 2026
Tarix: 30 Jan 2026 12:33
29 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Azərbaycan Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirlikləri XİN