Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 28 Jan 2024 07:04
Kanadanın baş naziri Castin Trüdo ilə Latviyanın Baş naziri Evika Silina arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəflərUkraynaya gələcək dəstəyi müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Kanada hökumətinin mətbuat xidməti məlumat yayıb.
İki ölkənin liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib və lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə birgə hazır olduqlarını təsdiqləyiblər. Onlar həmçinin Rusiyanın hərəkətlərinin regional və qlobal nəticələrini müzakirə ediblər.